Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları 30 kiloqramdan artıq narkotikin yayılmasının qarşısını alıblar. Əməliyyat nəticəsində Bərdə şəhər sakini, keçmiş məhkum Altay Əhmədov rayon ərazisində saxlanılıb. Ondan 8 qram heroin, “Beretta A-6” markalı tapança və 7 ədəd patron aşkarlanıb. Yaşadığı evdən isə 23 kiloqram 900 qram heroin, 2 kiloqramdan artıq tiryək, 1 kiloqramdan artıq marixuana, 4 kiloqram 585 qram metamfetamin, 1100 ədəd “Metadon” və 90 ədəd “Pregabalin” həbləri aşkar edilərək götürülüb. Müəyyən olunub ki, Əhmədov şəxsiyyəti istintaqa məlum olmayan xarici ölkə vətəndaşı ilə sosial şəbəkələr vasitəsi ilə əlaqə yaradaraq külli miqdarda narkotikin Azərbaycana gətirilməsini təşkil edib. Daha sonra narkotik vasitələri Beyləqan rayonu Daşburun qəsəbəsi ərazisində əvvəlcədən təyin edilən yerdən götürüb. Saxlanılan şəxs narkotikin Azərbaycana göndərildiyi həmin ölkəyə dəfələrlə qanunsuz səfər edərək külli miqdarda heroin və digər bu kimi maddələrin Azərbaycana gətirilməsinə birbaşa rəhbərlik edib. O, narkotik vasitələrin satışını təşkil edən zaman özünü “Bağban” adı ilə təqdim edirmiş.
- Baxış: 443