KepezTV Player
“Kəpəz” Azərbaycan Kubokunda 100-cü oyununu keçirib. Yubiley 1/4 final mərhələsinin “Keşlə” ilə matçına təsadüf edib. Bu qarşılaşmayadək 99 görüşə çıxan qərblilər 0:2 hesabı ilə uduzub. Turnirdə 1992-ci ildə debüt edən Gəncə klubu 57 qələbə qazanıb, 15 heç-heçə edib və 28 dəfə uduzub. Gəncəlilər turnirdə 180 qol vurub, 104-nü buraxıb. “Kəpəz” evdə 47, səfərdə 49, neytral meydanda 4 oyun keçirib. Azərbaycan Kubokunun 4 qat qalibi olan "sarı-göylər" titul sayında yalnız "Neftçi" və "Qarabağ"dan geri qalır.
- Baxış: 1376