Növbəti materialımız isə Gəncədə üzərində odlu silah gəzdirən şəxslə bağlıdır. Deyir düşməni olduğu üçün silahı əldən qoymayıb. Maraqlı açıqlamaları ilə diqqət çəkən keçmiş məhkumu indi daha yaxından tanıyacaqsınız.
Üzərində qanunsuz olaraq odlu silah gəzdirən şəhər sakini Emin Məmmədovdur. O, əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə dəfələrlə məhkum olunub. Bu dəfə də Gəncə polisi onun qanunsuz əməlini üzə çıxarıb.
Eşqin Qasımov DİN-in mətbuat xidmətinin əməkdaşı: Onun üzərində şəxsi axtarış keçirilən zaman 1 ədəd, atəşə yararlı, “Revolver” markalı tapança, həmin tapançaya aid 16 ədəd atəşə yararlı 9 mm kalibirli patron aşkar edilərək götürülüb.
Saxlanılan şəxs odlu silahı bir müddət öncə tapdığını və düşməni olduğu üçün üzərində gəzdirdiyi deyib.
Emin Məmmədov saxlanılan şəxs: Evimizin yanında yarım tikili var oradan tapmışam. Üzərimdə gəzdirməkdə düşmənliyəm ona görə gəzdirirəm. Özümü müdafiə etmək üçün gəzdirirəm.
Götürülən maddi sübutlar ekspertizaya göndərilib, faktla bağlı Gəncə ŞBPİ-nin İstintaq və Təhqiqat İdarəsində cinayət işi başlanılıb araşdırmalar davam etdirilir.
Natiq Hüseyn
- Baxış: 762