KepezTV Player
Quba Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində dövriyyəsi qadağan edilmiş güclü təsir edici maddə olan tramadol həblərinin qanunsuz satışında şübhəli bilinən rayonun Qırmızı qəsəbə sakini Arsen Abramov saxlanılıb. Dindirilmə zamanı Abramov həmin maddələri Şikar adlı şəxsdən əldə etdiyini deyib. Davam etdirilən əməliyyat tədbirləri ilə Şikar Məmmədov da saxlanılaraq istintaqa təqdim olunub. Həmin şəxs izahatında Abramovla tanışlığı olduğunu və həbləri ona satdığını etiraf edib. Hər iki şəxs barəsində Quba RPŞ-nin İstintaq Bölməsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
- Baxış: 356