• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1087
— 02.02.2021 16:30

Rusiya bazarı “Şəmkir pomidoru”na həsrət qalıb

KepezTV Player

Rusiyanın Azərbaycanda istixana şəratində yetişdirilən pomidorun ixracına tətbiq etdiyi məhdudiyyətlər yerli fermerləri çətin vəziyyətə salıb. Şəmkirdə bəzi istixana sahibləri bu səbəbdən fəaliyyətlərini dayandırır. Bu isə ölkəmizdən Rusiyaya ən çox pomidor ixrac olunan rayonda istixana komplekslərinin ləğvi anlamına gəlir. Əməkdaşımız Natiq Hüseyn mövcud vəziyyətlə yerində tanış olub.  

Şəmkirdəki istixanaların hər hektarından ildə 150-200 ton pomidor yığılaraq Rusiya bazarlarına daşınıb. Düzgün aqrotexniki qulluq, münbit şərait həm keyfiyyəti yüksəldib, həm də məhsuldarlığı artırıb. Bu ildə istisna olmayıb. Ancaq fərq ondadır ki, şimal qonşumuz məhsulun idxalında maraqlı deyil.

Əvvəlki illərin bu aylarında istixanalarda yetişdirilən məhsullar artıq Rusiya bazarlarında satışda olurdu. Ancaq bu il tam əksinə məhsul göz görə-görə istixanalarda məhv olur. Bu isə həm sahibkarlara, həm də bu təəsrrüfatda çalışan işçilərə ikiqat ziyan deməkdir.

İstixana sahibi Məhərrəm Musayev deyir ki, ötən ilin dekbarın 4-də məhsul yığımına başlanılıb. Ancaq məhsulun cəmi 12 tonunu, özü də 1,20 qəpikdən sata bilib. Yanvarda tətbiq olunan məhdudiyyətdən sonra  pomidorun ixracı dayandığından məhsul yalnız yerli bazara qiymətindən 6 dəfə aşağı satılır. Bu isə çəkilən xərci ödəmir.

Məhərrəm Musayev istixana sahibi: Məhsul götürürük ancaq çölə tökürük. Yalnız yerli bazarlara 20, 30 qəpiyə məhsul vermişik. Bu da heç fəhlənin pulunu eləmir. Qaza, işığa, gübrəyə nə qədər borcumuz var. Bunun altından necə çıxacağıq bilmirəm. Bizə nə isə köməklik olacaq bilmirik. Beləcə də hamısını buraxdıq. Bir dənə fəhlə qalmayıb. Fəhlənin pulunu verə bilmədik.

Yetişdirilən məhsul Qida Təhlüəksizliyi  Agentliyinin Tovuz Regional Şöbəsində laborator müyinələrdən də keçirilib və heç bir xəstəlik aşkarlanmayıb.

Məhərrəm Musayev istixana sahibi: Necə dəfə gəlib monitorinq keçiriblər. Heç bir həşarat tapılmayıb. Aktımızda var. Rusiya ilə görüntülü monitorinq keçiriblər onlara icazə verilib. Bizdə fitosanitarlara nə qədər müraciət etdik ki, gəlin bizimlədə görüntülü monitorinq edin eləmədilər. Fuad müəllimin yanına getmişəm nə deyirəm deyir get şikayət et.

İndi vəziyyət o həddə çatıb ki, istixana sahibləri fəaliyyətini dayandırmaq məcburiyyətindədirlər. Belə olan halda isə bundan daha çox ziyan görənlər illərdir bu təsərrüfatda çalışıb ailələrini dolandıranlardır.

Xatirə Əsədova istixananın işçisi: Bizim sahibkarlar iş yerini bağlayır. Işçilərimizin hamısı çıxıb gedib. Hamısını işdən çıxarıblar. Bizdə qalmışıq işsiz.

Pəhləvan Aslanov istixananın işçisi: Hal-hazırda vəziyyət çox çətindir. Bizim də ailə-uşaq var. Ona görə də pomidorun Rusiyaya ixracının dayandırılması böyük problemlər yaratdı.

Məsələyə Qida Təhülkəsizliyi Agentiliyinin münasibətini öyrəndik. Qurumun sözçüsü Aysel Fərziyevanın sözlərinə görə, Rusiyaya pomidor ixracı ilə bağlı məsələ tək onlardan asılı olan məsələ deyil.

Aysel Fərziyeva AQTA-nın mətbuat katibi: Bəzi sahibkarlarda yalnış olaraq belə fikir formalaşıb ki, Rusiya bazarlarına məhsul ixrac etməklə bağlı icazələr bu müəssisələrdə keçirilən monitorinqlərdən sonra agentlik tərəfindən verilir. Ancaq Qida Təhlükəsizliyi Agentliyi bu ölkəyə ixrac üçün yalnız Rusiyanın müvafiq qurumu tərəfindən icazə verilən müəssisələrin məhsullarına labarator müayinələrdən sonra fitosanitar sertifikatlar verir. Digər müəssisələrin pomidor və alma məhsulları ilə bağlı icazələr isə Rusiyanın aidiyyatı qurumunun qərarı əsasında mümkündür.

Aysel Fərziyeva bildirib ki, bu günədək 39 pomidor və 10 alma istehsal edən müəssisəyə Rusiyaya məhsul ixracı ilə bağlı icazə verilib. Bu  proses hazırda da davam etdirilir. Və yaxın vaxtlarda digər istixana sahiblərinin yetişdiriyi pomidorların da əvvəlki qaydada Rusiyaya ixracı mümkün olacaq.  

Natiq Hüseyn