• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 666
— 22.09.2025 10:50

M.C.Paşayevin Ev Muzeyində tədbir keçirilib

Gəncədə Mir Cəlal Paşayevin Ev muzeyində Milli Musiqi Günü və Dövlət Suverenliyi Günü ilə münasibətlə konsert proqramı təşkil edilib. Tədbirdə Gəncə Uşaq İncəsənət məktəbinin yetirmələri ifalar səsləndirib. Yeri gəlmişkən, muzeyin təşkilatçılığı ilə Mir Cəlal Paşayevin 28 sentyabr anım günü ilə əlaqədar olaraq 26 sentyabradək orta məktəb şagirdləri arasında bədii qiraət və rəsm müsabiqəsi elan edilib. Müsabiqədə 3 yer üzrə qalib olanlar Fəxri fərmanla təltif olunacaq.