KepezTV Player
Zaqatala Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində heroin alveri ilə məşğul olan şəxslər ifşa ediliblər. Əvvəllər oğurluğa görə məhkum olunmuş Elnur Səmədov və paytaxt sakini Ceyhun Əkbərov saxlanılıb. Əkbərovun idarə etdiyi “Kia” markalı avtomobilə baxış keçirilən zaman 212 qramdan artıq heroin və 105 qram metamfetamin aşkar olunub. İstintaq zamanı Səmədovun Bakı şəhərində kirayə yaşadığı evdə qonşusu Əkbərovla birgə onun idarə etdiyi avtomobillə Zaqatalaya gəldiyi və burada narkotik vasitələri satmaq niyyətində olduğu müəyyən edilib. Polis onları narkotik vasitələri satmaq istəyərkən “iş başında” yaxalayıb.
- Baxış: 385