KepezTV Player
Azərbaycan şahmatçısı Teymur Rəcəbov “Opera Euro Rapid” turnirində iştirak edəcək. Qrossmeysterimiz yarışa qatılacaq 16 şahmatçı arasında yer alıb. “Champions Chess Tour” çərçivəsində baş tutacaq turnirin mükafat fondu 100 min ABŞ dollarıdır. Fevralın 6-sı 14-də keçiriləcək yarışda təmsilçimiz son vaxtlarda bir neçə dəfə məğlub etdiyi erməni Levon Aronyanla növbəti duelə çıxacaq. Yarışda həmçinin Maqnus Karlsen, Din Liren, Hikaru Nakamura, Uesli So, Yan Nepomnyaşi, Maksim Vaşye-Laqrav, Aleksandr Qrişuk kimi iti zəka sahibləri qüvvəsini sınayacaq. Öncə dairəvi sistemlə mübarizə aparacaq şahmatçılardan səkkizi nokaut sistemi ilə qalibi müəyyənləşdirəcək. Birinci yerin sahibi 30 min dollar qazanacaq.
- Baxış: 462