KepezTV Player
“Fərdi elektron pəncərə” elektron məlumat sistemi qeyri-hökumət təşkilatları tərəfindən qrant müqavilələrinin , xarici maliyyə mənbələri hesabına xidmətlərin göstərilməsi və ya işlərin görülməsi haqqında müqavilələrinin qeydə alınmaq üçün təqdim edilməsi, Ədliyyə Nazirliyi tərəfindən qeydə alınması və qrantların, xidmət müqavilələrinin və ianələrin reyestrinə daxil edilməsi ilə təchiz edilməlidir. Bu, Prezident İlham Əliyevin “Qeyri-hökumət təşkilatlarına elektron xidmətlərin göstərilməsinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” fərmana dəyişiklik edilməsi ilə bağlı bu gün imzaladığı fərmanda əksini tapıb.
- Baxış: 323