KepezTV Player
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi ictimai iaşə sahəsində fəaliyyət göstərən sahibkarlara müraciət edib. Sahibkarlar təsdiq edilmiş qaydalara daha ciddi əməl etməli, koronavirus infeksiyasına yoluxma hallarının qarşısının alınması məqsədilə qabaqlayıcı tədbirlər görməlidirlər. Yoluxma hallarının effektiv idarə edilməsi və interaktiv məlumat mübadiləsi üçün ictimai iaşə obyektlərinə nəzarət üzrə məsul şəxs təyin olunmalı və həmin şəxs haqqında müvafiq məlumatları agentliyə təqdim etməlidirlər. İctimai iaşə sektorunda müəyyən edilən qaydalara əməl edilməsi, o cümlədən məsul şəxsin müəyyən edilərək müvafiq məlumatların AQTA-ya təqdim edilməsinə monitorinqlər zamanı ciddi nəzarət ediləcək.
- Baxış: 766