KepezTV Player
Xarici işlər naziri Ceyhun Bayramovun türkiyəli həmkarı Mevlüt Çavuşoğlu ilə telefon danışığı baş tutub.Çavuşoğlu dəniz quldurlarının Türkiyəyə məxsus gəmiyə hücumu nəticəsində gəmi heyətinin azərbaycanlı üzvünün ölümü ilə əlaqədar nazir Ceyhun Bayramova başsağlığı bildirib. Gəmi heyətinin axtarış-xilasetmə işlərinə başlanıldığını söyləyib. Gəmi heyətinin öldürülən azərbaycanlı üzvünün nəşinin vətənə gətirilməsi üçün əlaqələndirilmiş şəkildə müvafiq tədbirlərin həyata keçiriləcəyi qeyd olunub. Nazirlər dəniz quldurlarının beynəlxalq hüquqa zidd əməllərini qəti şəkildə qınayıblar.
- Baxış: 220