KepezTV Player
Mədəniyyət Nazirliyi "Xristian irsimizi tanıyaq" layihəsi çərçivəsində “Müqəddəs alman Lüteran kilsəsi” barədə videoçarx hazırlayıb. Kilsə 1896-1899-cu illərdə alman memar Adolf Eyxlerin layihəsi əsasında neoqotika üslubunda inşa edilib. 15 mart 2010-cu ildə kamera və orqan musiqisi zalı binasının tarixi-memarlıq abidəsi və mədəniyyət ocağı kimi əhəmiyyətini nəzərə alan Prezident İlham Əliyev binanın bərpası haqqında sərəncam imzalayıb. Azərbaycan mütəxəssisləri tərəfindən həyata keçirilən əsaslı təmir və bərpa işləri binanın özünəməxsus orijinal üslubunu, qədim tarixi memarlığını qorumaqla həyata keçirilib.
- Baxış: 145