• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1147
— 13.01.2021 12:03

Komissiyaya daxil olan müraciətlər açıqlanıb

KepezTV Player

Səfərbərlikdən tərxis edilmiş şəxslərin qəbulunun keçirilməsi, onların müraciətlərinə vaxtında və obyektiv baxılmasının təmin edilməsi məqsədilə yaradılmış komissiyaya əsasən hansı müraciətlərin daxil olduğu açıqlanıb. Nazirliyin mətbuat katibi Anar Eyvazov bildirib ki, sistemli şəkildə müraciətlər yoxdur. Daha çox müraciətlər medallarla, hərbi biletlərdə müvafiq qeydiyyatların aparılması ilə bağlıdır. "Komissiyanın üzvləri də bununla bağlı qeydiyyatları aparırlar və lazımı köməkliklər də edirlər” - deyə Anar Eyvazov əlavə edib.