Suraxanı Rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinə Hikmət adlı şəxsin rayon ərazisində üzərində odlu silahla hərəkət etəməsi barədə əməliyyat məlumatı daxil olub. Keçirilən təxirəsalınmaz tədbir nəticəsində əvvəllər dəfələrlə məhkum olunmuş Hikmət Babayev saxlanılıb. Onun üzərində şəxsi axtarış aparılan zaman 1 ədəd texniki cəhətdən işlək vəziyyətdə olan atəş üçün yararlı “Makarov” markalı tapança və həmin silaha aid 3 ədəd patron, o cümlədən bıçaq aşkar olunaraq götürülüb. Hikmət Babayev ifadəsində bildirib ki, silahı ötən ilin avqusutunda 8-ci kilometr ərazisində zibbilikdən tapıb və o, bu günə kimi həmin döyüş ləvazimatlarını polisə təhvil verməyərək qanunsuz olaraq özündə saxlayıb. Saxlanılan şəxs əvvələrdə qanunsuz olaraq üzərində silah gəzdirdiyi üçün həbs edilib.Faktla bağlı cinayət işi başlanılıb.
- Baxış: 341