KepezTV Player
İkinci Qarabağ müharibəsi şəhidlərinin ailə üzvləri, müharibə iştirakçıları, onların yaxınları, müharibədən zərər çəkənlərlə bağlı sosial dəstək tədbirləri çərçivəsində Sosial Xidmətlər Agentliyinin psixoloq və psixiatrlarından ibarət qrupları 2 247 ailə ilə görüşüb. Ehtiyacı olanlara psixoloji dəstək işləri aparılıb, ödənişsiz dərman preparatları verilib. Həmçinin Agentliyin “Onlayn psixoloji dəstək xidməti” tərəfindən 409 zəng üzrə vətəndaşlara dəstək göstərilib.
- Baxış: 313