KepezTV Player
Türkiyə və Azərbaycan vətəndaşlarının eyni zamanda koronavirusa qarşı peyvənd olunmasına başlanacaq.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin İdarə Heyətinin sədri Ramin Bayramlı deyib ki,peyvəndləmə prosesinin yanvarın əvvəlindən etibarən başlanması gözlənilir."Türkiyədə iki vaksinin sınaqlarının üçüncü mərhələsi davam edir. Bundan başqa, yerli mütəxəssislərin yaratdığı vaksinlərin sınaqları ikinci mərhələdədir. Türkiyənin seçdiyi vaksinə güvənirik. Biz də eyni vaksini almağa qərar vermişik. Hər sahədə olduğu kimi, pandemiya ilə mübarizə sahəsində də qardaş Türkiyə ilə birgə addımlayacağıq" deyə TƏBİB sədri bildirib.
- Baxış: 214