Qarabağda Rusiya, Avropa, Orta Asiya, Anadolu, İran bazarlarının sifarişləri əsasında xalçaların toxunması əsas xalçaçılıq mərkəzinə çevrilən Şuşa ilə bağlı olub. Şuşanın xalça emalatxanalarının məhsuldarlığı sayəsində burada xalça bazarı da yaranıb. Dünyanın məşhur “Viktoriya və Albert”, “Metropoliten” muzeylərində, Kanada Tekstil muzeyində, “Ermitajda”, Rusiya Etnoqrafik Muzeyində və şəxsi kolleksiyalarda vaxtilə Şuşada azərbaycanlılar tərəfindən toxunan çoxlu sayda xalçalar, xalça məmulatları var. Bir xalçanın Şuşa, Qarabağ adı ilə təqdimatı, onun bir brend, orijinal sənət nümunəsi olmasına işarədir. Avropalılar, amerikalılar üçün Şuşa xalçasını almaq bir fəxrdir, qürurdur. Çünki onlar Şuşanın yalnız Azərbaycan üçün deyil, bütünlükdə Qafqaz üçün, Şərq dünyası üçün əhəmiyyətini bilirlər.AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun “Xalçaşünaslıq” sektorunda “Şuşa Qarabağ xalçaçılığının paytaxtıdır” mövzusunda hazırlanan tanıtım xarakterli video materialda belə deyilir.
- Baxış: 499