Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin rəhbər heyəti azad edilmiş ərazilərimizdə yerləşən bölmələr üçün alınmış səyyar obyektlərə baxış keçirib. Dağlıq ərazilərdə, çətin keçilən yüksəkliklərdə, sərt iqlim şəraitində xidmət edən şəxsi heyət üçün müxtəlif ölçülü konteyner və çadırlarda yataqxanalar, yeməkxanalar, ayrıca mətbəx və qabyuma otaqları, eləcə də silah otaqları, kiçik həcmli birləşdirilmiş hamam-sanitar qovşağından ibarət mobil komplekslər quraşdırılacaq. Yeni alınan səyyar avadanlıqlar sayəsində şəxsi heyət daim isti yemək və məişət xidmətləri ilə təmin ediləcək. Şəxsi heyəti kompakt yerləşdirilən hərbi hissələr üçün isə daha böyük imkanlara malik, səyyar, modul tipli komplekslərin quraşdırılması həyata keçirilir, hamam-camaşırxana xidmətləri təşkil olunur. Hərbi qulluqçuların sağlamlığının qorunması məqsədilə stasionar tibb məntəqələri inşa edilənədək bir neçə istiqamətdə mobil səhra hospitalları fəaliyyət göstərir.
- Baxış: 235