İcbari tibbi sığorta xidmətləri daha 1 il ƏDV-dən azad edilib
Prezident İlham Əliyev “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Qanunu imzalayıb.Əmanətlərin sığortalanması üzrə kompensasiya məbləği artırılıb. Yeni redaksiyaya əsasən, fiziki şəxslərin sahibkarlıq fəaliyyəti ilə əlaqədar açdığı bank hesablarındakı pul vəsaitləri üzrə kompensasiya 20 min manatdan çox olmamaqla, notariusların depozit hesablarında olan fiziki şəxslərə məxsus pul vəsaitləri üzrə kompensasiya isə həmin pul vəsaitlərinin 100 faizi həcmində ödənilir.
Dövlət başçısı Vergi Məcəlləsinə təklif edilən dəyişikliyi də təsdiqləyib. İcbari tibbi sığorta fondunun vəsaiti hesabına tibbi sığorta xidmətlərinin göstərilməsi daha 1 il əlavə dəyər vergisindən azad edilib.
- Baxış: 169