• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1640
— 26.12.2020 16:35

Əsgərlərə sovqat çatdırılıb

KepezTV Player

Heydər Əliyev Fondu azad olunmuş ərazilərimizdə xidmət edən hərbi qulluqçularımız üçün həyata keçirilən dəstək aksiyasını davam etdirir Aksiya Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə reallaşır. Bu dəfə əsgər sovqatı 5 rayonda - Xocavənd, Ağdam, Tərtər, Ağcabədi və Goranboyda xidmətdə olan hərbçilərə şəxsən təqdim olunub. Bu dəfə hər rayona 2500-4000 nəfərlik əsgər payı gətirilib. Əsasən gündəlik tələbat, qida məhsulları və gigiyenik vasitələrdən ibarət olan sovqatlar hərbi hissələrdə əsgərlərin özlərinə təqdim olunub. Əsgər sovqatları cəbhə bölgəsində xidmət edən bütün hərbçilərə təqdim ediləcək.