Bəşər övladı yarandığı gündən təbiətlə həmahəng yaşayıb, həyatını onunla təmasda, ünsiyyətdə qurub. Başqa sözlə, insan zaman-zaman təbiətin bir parçası olaraq inkişaf edib, formalaşıb. Bəlkə biz ona görədə təbiətə ana demişik. Onu müqəddəsləşdirmiş, əziz tutmuşuq.
Hələ XX əsrin başlanğıcında Yer kürəsinin əhalisi təmiz hava alır, saf su içirdilər. Dünya sonsuz, təbii sərvətlər isə tükənməz hesab edilirdi. Lakin bir neçə onilliklərdən sonra dünya olduqca təhlükəli ekoloji fəlakət astanasında qaldı. Ekoloji tarazlıq bu tempdə pozulmağa davam etsə, yaxın bir neçə nəsildən sonra bütün canlı aləm ciddi təhlükə qarşısında qalacaq. Elmi texniki inqilab, insan hıyatını yüngüləşdirsədə inanılmaz gərginliklər yaratdı. Ətraf mühitə sağalmaz yaralar vuran avtomobil nəqliyyatı, nüvə energetikası, kimya sənayesi və s. sahələr bir sıra təbii ehtiyatların tükənməsi ilə nəticələndi. Planetimizin ağciyərləri hesab olunan meşə resurslarının məhv edilməsi, torpaqların neft və digər tullantılarla çirklənməsi, içməli su mənbələrinin zərərli maddələrlə yararsız vəziyyətə gətirilməsi ekologiyaya dəyən ziyanın az bir hissəsidir.Son aylar isə erməni separatcılarının işğldan azad olunan ərazilərimizdə törətdiyi ətraf mühitə, bioloji müxtəlifliyə, meşələrə, yeraltı və yerüstü təbii ehtiyatlara qarşı ekoloji terror aktlarının şahidi olduq. Qiymətli ağac növlərinin məhvi, meşələrin yandırılması, təbii su hövzələrinin cirkləndirilməsi tarixi torpaqlarımızın ölü zonaya cevrilməsi mənfur düşmənin əsas məqsədinə cevrildi.Bütün bunlar dəhşətli faktlardı, lakin biz ümidsiz deyilik.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev işğaldan azad edilmiş ərazilərimizə səfərləri zamanı demişdir : Kəndlərin, şəhərlərin, infrastrukturun, ekologiyanın bərpası ilə bağlı planlarımız var. Hamısını icra edəcəyik. Necə ki, torpaqlarımızı qaytardıq, düşməni məhvetdik, üçrəngli bayrağımızı ucaltdıq, bütün qalan məsələləri də həll edəcəyik. Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!”
- Baxış: 321