Bu günə xəbərlərin oxunma sayı: 666
—
31.10.2025 13:43
Beynəlxalq axtarışda olan şəxs Azərbaycana ekstradisiya edilib
Gürcüstanın Baş Prokurorluğu Azərbaycan vətəndaşı Samir Mehdiyevin ekstradisiyası barədə qərar qəbul edib. Mehdiyev dələduzluq, yəni, qabaqcadan əlbir olan qrup tərəfindən xeyli miqdarda ziyan vurmaqla cinayət törətməkdə şübhəli bilindiyi üçün beynəlxalq axtarışa verilib. O, Gürcüstanda saxlanılıb və Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyu ilə Azərbaycana gətirilib.
- Baxış: 68
