Bu günə xəbərlərin oxunma sayı: 666
—
20.12.2020 21:38
Şuşada ilk müəssisə fəaliyyətə başladı
KepezTV Player
Şuşada çörək və şirniyyat müəssisəsi fəaliyyətə başlayıb. İstehsal sahəsi və mağazadan ibarət müəssisə şəhərdə ilk sahibkarlıq subyektidir.Şuşa Məscidinin yaxınlığında yerləşən istehsal sahəsində gündəlik 8 min çörək və şirniyyat məhsulları bişirilir. Hazırda müəssisədə 6 nəfər çalışır.Gələcəkdə müəssisə istehsal gücünü, məhsulların çeşidini və işçi sayını artıracaq. Burada istehsal olunan çörək və şirniyyat məhsulları zabit və əsgərlərimizə pulsuz verilir.
- Baxış: 230
