KepezTV Player
“Keşlə” futbol klubunun baş məşqçisi, gəncəli mütəxəssis Yunis Hüseynov koronavirus infeksiyasına yoluxub. Testi pozitiv çıxan təcrübəli mütəxəssis hazırda həkimlərin nəzarəti altında müalicəsini davam etdirir. Bu isə o deməkdir ki, Hüseynov Premyer Liqada ilin son iki turunda “Səbail” və “Neftçi” ilə matçlarda texniki zonadakı yerini tuta bilməyəcək. Gəncə futbol məktəbinin yetirməsi olan 55 yaşlı çalışdırıcı 3 mövsüm öncə Premyer Liqada çıxış edən "Kəpəz"in baş məşqçisi olub. Yunis Hüseynovdan öncə “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov və "Neftçi”li həmkarı Samir Abasov koronavirusa yoluxub.
- Baxış: 372