KepezTV Player
İtaliyanın Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyinin dövlət katibi Manlio Di Stefano öz “Facebook” səhifəsində Ağdamdan yazıb. "Vaxtilə Azərbaycanın ən inkişaf etmiş şəhərlərindən biri olan Ağdam indi “ruhlar şəhəri” kimi tanınır. Bir zamanlar on minlərlə insanın yaşadığı bir şəhərdə hazırda tənəzzül müşahidə olunur, qəbirlər dağıdılıb, məscidlər tövləyə çevrilib" yazan Stefano İtaliya hökumətinin bu ərazilərdə mədəni irsin qorunması və bərpası, infrastruktur işlərinin həyata keçirilməsi ilə bağlı Azərbaycana əməkdaşlıq təklif etdiyini bildirib.
- Baxış: 122