KepezTV Player
Ermənistanın baş naziri Nikol Paşinyan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı üzvlərinin iştirakı ilə videokonfrans şəklində keçirilən sammitdə gülünc vəziyyətə düşüb. O, II Qarabağ müharibəsi haqqında danışmağa, Azərbaycan və Türkiyəni ittiham etməyə cəhd edib. Elə bu anda Paşinyanın mikrofonunun səsi kəsilib və baş nazir gülünc vəziyyətdə qalıb. O, texniki problemə görə üzr istəyib, Putin isə “eybi yox, biz dinləyirik” deyib. Erməni Baş nazir ciblərində olan telefonları və digər elektron cihazları çıxararaq kənara qoyub, bundan sonra o, çıxışına davam edib.
- Baxış: 371