• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2404
— 30.11.2020 12:07

Qalib əsgər evinə dönüb

KepezTV Player

Bu gün onlar Qarabağımızı azad edən qalib əsgər kimi də yaxınlarının, əzizlərinin yanına qayıdırlar. Alınları açıq, üzləri ağ. Hər kəs də bu qalib əsgərləri sevinclə qarşılayır. Onlardan biri də Gəncənin igidlərindəndir.

Hər kəsin gözləri yolda, qulaqları səsdə. Vətən müharibəsindən qayıdan qalib əsgərlərini gözləyir bu insanlar. Budur  bayraqlarla bəzədilən avtomobil karvanında Qalib ordunun əsgəri gəlir və hər kəs də alqışlarla qarşılayır bu igid oğulu.

25 yaşlı Həsən Qasımov vətən müharibəsinə sentyabırın 28-dən qatılıb. O, ilk günlərdən döyüş meydanında böyük qəhrəmanlıq, şücaət göstərir. Ermənilərin xeyli sayda canlı qüvvəsini, texnikasını məhv edir. Döyüşlərin birində sinəsindən yaralanan Həsən Qasımov iki gün  döyüş meydanını tərk etmir, döyüş yoldaşları ilə düşmənə ağır zərbələr endirir.

Qazinin atası da döyüşlərdə iştirak edib. Namiq Qasımov Qarabağın işğal altına düşməməsi uğrunda mübarizə aparıb. 1992-94-cü illərdə vuruşub və ikinci qrup Qarabağ əlilidir. Onun yarımçıq qoyduğu işi isə bu gün oğlu başa çatdırıb.

Artıq 30 illik torpaq, vətən həsrətinə son qoyulub. İşğal altındakı torpaqları müzəffər ordumuzun məğrur əsgərləmiz azad edib.

 

Elnur Vahidoğlu