• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1238
— 23.11.2020 19:13

"Qarabağ"ın rəqibində daha 2 yoluxma

KepezTV Player

“Qarabağ”ın UEFA Avropa Liqasının qrup mərhələsindəki rəqibi Türkiyə klubu “Sivasspor” koronavirus testinin nəticələrini açıqlayıb.Super Liqa komandasında Azərbaycan çempionu ilə matç öncəsi daha 2 yoluxma faktı aşkarlanıb. Ölkə çempionatında “Fatih Karagümrük”lə keçirilən görüşün ardından verilən testin nəticəsi bir futbolçu və bir klub işçisində pozitiv çıxıb. Adları açıqlanmayan şəxslər karantinə alınıb. Noyabrın 26-da “Qarabağ”la görüşəcək “Sivasspor”da buna qədər 5 futbolçunun koronavirusa yoluxduğu açıqlanmışdı.