KepezTV Player
Türkiyənin Silahlı Qüvvələri müdafiə sahəsində çoxdan Azərbaycan tərəfi ilə fəal və sıx qarşılıqlı əlaqədədirlər. Türkiyə prezidentinin sözçüsü İbrahim Kalın NTV telekanalına müsahibəsində deyib ki, Türkiyənin hərbi qulluqçuları Qarabağda olacaqlar. "Cənubi Qafqaza hərbi qulluqçuların göndərilməsi haqqında fərmanın layihəsi parlamentdən keçib. Bu o deməkdir ki, biz monitorinq mərkəzinin hissəsi kimi Qarabağda olacağıq", - deyə Türkiyə liderinin mətbuat katibi bildirib. Naxçıvanla Azərbaycan arasında yaradılacaq dəhlizin əhəmiyyətinə toxunan Kalın vurğulayıb ki, dəhlizin açılması ən azı Qarabağın azad olunması qədər qiymətlidir.
- Baxış: 205