KepezTV Player
Əhali koronavirus xəstəliyini ciddi qəbul etməsə, lazım olan tədbirləri görməsə, qarşıdakı qış aylarında gündəlik yoluxma sayı iki dəfə arta bilər. Bunu Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Hande Harmancı deyib. Onun sözlərinə görə, insanlar bu xəstəliyin ciddi olduğunu qəbul edərlərsə, kütləvi yerlərə getməkdən imtina edərlərsə, getdikləri zaman tibbi maskadan istifadə edə və onu düzgün taxarlarsa, əllərini tez-tez yuyarlarsa, bu xəstəliklə mübarizə aparmaq olar. Bu halda ciddi karantin qaydalarının tətbiqinə də ehtiyac olmaz.
- Baxış: 169