KepezTV Player
Ağdam da işğaldan azad edilən yaşayış məntəqələri sırasına daxil oldu. özü də qan tökülmədən. Azərbaycan, Ermənistan və Rusiya liderlərinin imzaladığı 3 tərəfli Bəyanata əsasən Ağdam rayonu tam olaraq Azərbaycanın nəzarətinə keçib. Bu şanlı hərbi Qələbə nəticəsində mümkün olub. İndi Ağdam üçün yeni dövr başlayır, böyük planlar var. Xəbəri xalqa çatdıran Prezident İlham Əliyev Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin artıq arxada qaldığını, buna döyüş meydanında nail olunduğunu deyib. Əsgər və zabitlərin qəhrəmanlığı, siyasi müstəvidə göstərilən güc imzalanan üçtərəfli Bəyanatın azərbaycanın maraqlarına tam cavab verdiyini şərtləndirib. Dövlət başçısı bildirib ki, bizim qələbəmiz artıq Ermənistanda böyük problemlər yaradıb.
- Baxış: 158