• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1651
— 20.11.2020 16:19

Sən azadsan Ağdam! Sakinlərin sənə qayıdır!

KepezTV Player

Bu gün şanlı tariximizə yeni bir qələbə günü kimi yazıldı. Ağdam rayonu tam olaraq erməni işğalından azad olub. Ali baş komandanın bu barədə xalqa müraciətindən sonra ağdamlıların gözlərdəki niskinə, ürəklərindəki illərin həsrətinə son qoyulub. Bu gündən Ağdama da sən azadsan deyirik.

Hafiz Sadıqov - Ağdam rayon sakini: Üç gündür ki, gecə səhər kimi yatmıram. Televizorun qabağındayam. Bu gecə saat 4-də yamışam. Gözləyirdim ki, xəbərlərdə bir söz deyəllər. Həyacandan durdum çığırdım evdə, öz-özümə oynadım. Ora işğaldan azad olundu. Çox qürurluyuq. Səbirsizliklə gözyəridik oranı. Gecələr yuxuma girirdi. Sağ olsun prezidentimizi, ali baş komandamımızı. Allah şəhidlərə rəhmət etsin. Qayıdacağıq torpağımıza əkib, becərəcəyik. Yenə yaxşı həyat sürəcəyik.

Azad Ağdamda yaşayıb-yaratmaq, əkib-biçmək ötən 27 il ərzində bütün ağdamlıların arzusu olub. Rayon mərkəzində, kəndlərində yaşamasından asılıl olmayaraq hər kəs Ağdamın işğalına son qoyulacağını səbrsizliklə gözləyib. Rayonun Muğanlı kənd sakini 58 yaşlı  Hafiz Sadıqov kimi işğala qədər tarix müəllimi işləyən Mənsurə Şükürovanın da sevincinin həddi-hüdudu yoxdur. Ağdam işğal altına düşəndən sonra tarix dərsinin də tədrisini etməyən Mənsurə xanım indi doğma yurda qayıdacağı, yenə məktəb kanlarınada sinif otağına daxil olacağı günü səbrsizliklə gözləyir. Axı şanlı qələbə tarixmiz yazılıb.

Mənsurə Şükürova - Ağdam rayon sakini: Jurnalı götürüb sinfə girəndə elə bilirdim ki, dünyanən ən xoşbəxt insanıyam. Yenə qayıdanda öz müəllimliyimi davam etdirəcəm. Uşaqlara dərs deyəcəm, nəvələrimlə məşğul olacam. Sevincimizin həddi-hidudu yoxdur. Onu biz dilnən deyə bilmirik. Düz neçə ildir ki, öz torpaqlarımızdan ayrı düşmüşük. Bu torpaqlar bizə əzidir.

Ağdam 79 yaşlı Əhməd Həsənovun xəyalından, yuxusundan ötən müddət ərzində heç zaman çıxmayıb. İndi isə bir vaxtlar havasını udduğu, suyunu içdiyi torpağına qayıdır. 8 övlad sahibi olan Əhməd dayı Ağdama 40 nəfərə yaxın böyük ailəsi ilə qayıdır.

Əhməd Həsənov - Ağdam rayon sakini: Ağdamda adlı-sanlı bulaq var. Şah bulağı, onun yanında da bir mərtəbəli Şah Abbasın məscidi olub. Onun qabaq hissəsində isə Şah Abbasın Karvansarası olub. Gecələr də yuxuma girir, gündüzlər də elə olurdu ki, yadıma düşüb  ağlayırdım. Allah şəhidlərmizə rəhmət etsin, Allah prezidentimizə can sağlığı versin.

Qələbə, torpaqların azadlığa, əsl sahiblərinə qovuşması Ağdam sakinlərinə də əzm, qürur gətirir. Axı onlarından üzərindən məcburi köçkün adı götürülür.

 

Elnur Vahidoğlu