• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1649
— 20.11.2020 12:06

“Azərenerji” işğaldan azad edilən rayonlarda işləmək üçün kadr yığır

KepezTV Player

Silahlı Qüvvələrin Ali Baş Komandanı rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusunun işğaldan azad etdiyi Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan, Ağdam və bu kimi tamamilə dağıdılmış rayonlarda elektrik enerji sisteminin sıfırdan yaradılması, o cümlədən işğaldan azad olunan və olunacaq digər ərazilərdə enerjisistemin yenidən qurulması üçün “Azərenerji” kadr ehtiyyatının yaradılması məqsədi ilə müsabiqə elan edir. Mühəndis, montyor, müvafiq ixtisaslı mütəxəssislər sənədləri həftə içi 5 gün saat 09:00–dan 18:00–dək "Azərenerji" ASC-nin Kadrlar şöbəsinə təqdim edə bilərlər. Namizədlərin bilik səviyyələri Mərkəzi Müsahibə Komissiyası tərəfindən yoxlanılacaq, müsahibədən keçən namizədlər kadr ehtiyatı bankına daxil ediləcək və işlə təmin olunacaq. Eyni zamanda namizədlər Komissiyanın rəyi əsasında təlim tədris kurslarına cəlb oluna bilərlər.