Ağdam rayonu işğaldan azad edilməsi ilə yeni iqtisadi təşəbbüsləri özündə canlandırır. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən verilən məlumata görə, rayonda bitkiçilik və heyvandarlıq üzrə fermer təsərrüfatlarının və aqroparkların yaradılması, sənaye məhəlləsinin formalaşdırılması, müalicəvi və idman turizminin inkişafı istiqamətində geniş perspektivlər var. Ağdam rayonu ticarət mərkəzinin də formalaşması üçün unikal perspektivə malikdir. Topdan və pərakəndə ticarət məntəqələrinin fəaliyyətə başlaması ilə rayon əhalisinin geniş məşğulluğunu təmin etmək mümkündür. Habelə, rayon ərazisi tikinti materiallarının istehsalı ilə əlaqədar keçmiş təcrübəyə malikdir. Şahbulaq yüksəkliyində yerləşən daş karxanasının işinin bərpa edilməsi ilə sözügedən sektorda canlanmanı bərpa etmək olar. Ağdam ağır, yeyinti və yüngül sənayeyə, inkişaf etmiş kənd təsərrüfatına malik rayondur.
- Baxış: 122