Bu günün yaşanılması, bu zəfərin qazanılması o dahi şəxsiyyətin vəsiyyətidir - Azərbaycan xalqının ümummilli lideri, ulu öndər, böyük sərkərdə Heydər Əliyevin. Əminik, bu gün Azərbaycan xalqının mərd oğlunun ruhu şaddır. Çünki məhz onun ata vəsiyyətini yerinə yetirən, Azərbaycan xalqını böyük qələbəyə, parlaq gələcəyə aparan fateh oğlu bu şanlı zəfərin müəllifidir. **Gəncə şəhər rəhbərliyi, ziyalılar, ictimaiyyət nümayəndələri ümummilli liderə mənəvi borcu ödəmək, xalqın ulu öndərinə öz ehtiramlarını ifadə etmək üçün Gəncənin baş meydanında müasir müstəqil Azərbaycanın memarı və qurucusu, dahi şəxsiyyət Heydər Əliyevin abidəsini ziyarət edib, önünə çiçəklər düzüblər. Onun Azərbaycan dövləti və xalqı üçün etdikləri, bu ölkəyə qazandırdıqları Azərbaycan xalqının yaddaşından heç bir zaman silinməyəcək! Azərbaycan xalqını öz dahi oğlunu hər zaman böyük hörmət və ehtiramla anır. Heydər Əliyevin əziz xatirəsi dünya azərbaycanlılarının qəlbində əbədi yaşayacaq.
- Baxış: 125