• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1739
— 10.11.2020 08:16

Qardaşlardan gələn təbriklər

KepezTV Player

Azərbaycanın böyük qələbəsinə ilk təbriklər can qardaşlarımızdan gəldi. Türkiyə Cümhuriyyətinin lideri Rəcəb Tayyib Ərdoğan tvitterdə tarixi günlər bağlı paylaşım edib. Ərdoğan "Biz 780 min kvadrat kilometrdən çox daha böyük bir ölkəyik" yazıb. **"Azərbaycan özünün hərbi və siyasi gücünü sübut edərək tarixi qələbə qazanıb. 10 noyabr Azərbaycan tarixinə qələbə günü kimi düşəcək: Azərbaycan xalqını möhtəşəm qələbə münasibətilə təbrik edirik. Beynəlxalq hüquq Azərbaycanın tərəfindədir və Türkiyə hər zaman qardaş Azərbaycan xalqına dəstək olacaq". Bu barədə isə Türkiyə hökumətindən bildirilib.** "Qələbə! Qələbə! Qələbə! Ermənistan Qarabağda təslim oldu!". Bu sözləri Türkiyə Milli Müdafiə Naziri Hulusi Akar deyib. **Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şəntop da Azərbaycanı təbrik edib. “Azərbaycanın qanuni haqqı və qalibiyyəti nəhayət düşməni tərəfindən də qəbul edildi. Bu gözəl gecənin şanı əbədi olsun! Tarixin tragik bir səhifəsi Azərbaycan üçün zəfərlə başa çatdı. Bayraq və azan Qarabağda yenidən yüksəldi. Qardaş Azərbaycanın qəhrəman ordularının zəfərini ürəkdən təbrik edir, şəhidlərimizi bir daha rəhmətlə anıram”, - deyə Şəntop vurğulayıb. ** Selcuk Bayraktar da Azərbaycanın şanlı zəfəri münasibətilə paylaşım edib. "Zəfəri nəsib edən də, mütləq zəfər sahibi də Allahdır. Şəhidlərimizin ruhları şad olsun. Rəbbim Türkün şanını ucaltsın", - deyə Bayraktar tvitterdə yazıb və paylaşımına Azərbaycanca "Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!" sözlərini əlavə edib.