• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1731
— 09.11.2020 21:01

Dəstək veloyürüşü keçirilib

KepezTV Player

9 noyabr Bayraq günü və Şuşanın işğaldan azad olunması münasibəti ilə Gəncə şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən veloyürüş təşkil edilib. Heydər Əliyev park kompleksində Zəfər Tağının qarşısından başlayan yürüş Nizami prospekti və 28 may küçəsindən keçməklə Gənclər Mərkəzinədək davam edib. Yürüşdə gənclər və idmançılar olmaqla 25-ə yaxın  şəxs iştirak edib. İştirakçılar yürüş zamanı üçrəngli bayrağımızı dalağalandıraraq dövlətə inam və ordumuza güvən ifadə ediblər. Yürüşün keçirilməsində məqsəd gənclərdə vətənpərvərlik hissinin aşılanmasından ibarətdir.

Həmid Nəsirov Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi:Bu gün elə bir günə təsadüf edir ki, 8 noyabrda Rəşadətli Azərbaycan ordusu mədəniyyət incimiz olan Şuşa şəhərini işğaldan azad edib. Məhz bu gün bizim üçün ikiqat bayramdır. Həm Şuşanın işağaldan azad olunması günü eyni zamanda Dövlət Bayrağı günü münasibəti ilə gənclər bayraq aksiyası həyata keçirirlər.