• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1743
— 09.11.2020 12:29

"Ermənistan böyük bir səhv edir"

KepezTV Player

"Ermənistan böyük bir səhv edir, çünki lap əvvəldən bizə qulaq assaydılar, müharibə uzun müddət bundan öncə dayanardı və biz artıq danışıqlar masası arxasında olardıq". Bunu Prezident İlham Əliyev “BBC News”a müsahibəsində deyib. 40 gün ərzində təxminən 30 müsahibə verdiyini diqqətə çatdıran dövlət başçısı qərb jurnalistlərinin hamısının çox aqressiv olduğunu vurğulayıb.  "Sanki bu, müsahibə deyildi, sanki bir ittiham idi. Heç kim Paşinyandan nəyə görə Gəncəyə ballistik raketlərlə zərbə endirdiyini soruşmur. Heç kim ondan silahları haradan əldə etdiyini soruşmur? Yalnız bizə hücum edirlər. Beynəlxalq media yalnız Azərbaycanı ləkələyir", - deyə Prezident İlham Əliyev qeyd edib. **Müsahibəylə bağlı daha ətraflı videomaterialı növbəti buraxılışlarımızda izləyə bilərsiniz.