KepezTV Player
Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə Ağcabədi, Ağdam, Bərdə, Goranboy, Naftalan, Füzuli, Şəmkir, Tərtər rayonları, Gəncə və Yevlax şəhərləri ərazisində mərmilərin aşkar olunması barədə 96 müraciət daxil olub.<br>Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birlikdə 77 operativ və təxirəsalınmaz əməliyyat çıxışı həyata keçirilib. Aparılan əməliyyat-axtarış tədbirləri zamanı 8 ədəd partlamamış hərbi sursat, 3 ədəd bombacıq, 3 ədəd hərbi məqsədlər üçün istifadə olunan meteoroloji radiopelenqator və 45 ədəd partlamış mərmi qalıqları aşkar olunub.<br>ANAMA-nın partlayış qrupu tərəfindən 3 ədəd partlamamış hərbi sursat, 3 ədəd bombacıq, mexaniki minatəmizləmə qrupu tərəfindən 25 ədəd piyada əleyhinə mina zərərsizləşdirilib.
- Baxış: 135