Türkiyə və Rusiya prezidentləri Rəcəb Tayyib Ərdoğan və Vladimir Putin arasında telefon danışığı olub. Dövlət başçıları Dağlıq Qarabağ münaqişəsini müzakirə ediblər. Ərdoğan Ermənistanın öz silahlı qüvvələrini dərhal işğal edilmiş Azərbaycan torpaqlarından çıxarmalı olduğunu vurğulayıb, Azərbaycanın əks-hücum əməliyyatını öz torpaqları çərçivəsində həyata keçirdiyini bildirib. “İrəvanı sağlam düşüncədən istifadə edib danışıqlar masasına oturmağa inandırmaq lazımdır. Bu münaqişənin davamlı həlli və bölgədəki vəziyyətin sabitləşməsi çox vacibdir”, - deyə Türkiyə Prezidenti qeyd edib. **Türkiyə və Rusiyanın Xarici İşlər nazirləri Mövlud Çavuşoğlu ilə Sergey Lavrov arasında da telefonla danışığı olub. Nazirlər Dağlıq Qarabağ mövzusunda fikir mübadiləsi aparıblar.
- Baxış: 132