KepezTV Player
Ermənistan silahlı qüvvələrinin bölmələri Tərtər, Ağdam və Ağcabədi rayonlarının kəndlərini artilleriya atəşinə tutub. Ordumuzun bölmələri tərəfindən düşmənə qarşı cavab tədbirləri görülür. Bu gün səhər də Tərtər rayonunun Şıxarx qəsəbəsi, Qazyan və Hüsənli kəndləri, Ağcabədinin Yuxarı Qiyaməddinli, Ağdam rayonunun Çullu və Çıraqlı kəndləri də artilleriya atəşinə məruz qalıb. Şuşa şəhərinin Azərbaycan Ordusu tərəfindən fasilələrlə atəşə tutulması ilə bağlı Ermənistan tərəfinin yaydığı xəbər isə tamamilə həqiqətə uyğun deyil. Müdafiə Nazirliyi bildirir ki, Azərbaycan Ordusu Şuşa şəhərini atəşə tutmayıb.
- Baxış: 110