KepezTV Player
Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətindən verilən məlumata görə, işğal altında olan su anbarlarının sayı Suqovuşan istisna olmaqla 8, su tutarlarının sayı isə 7 olub. Erməni işğalı altında olan torpaqlarımızdakı suvarma şəbəkələrinin uzunluğu 6426 km, hidroqovşaqların sayı 2, kollektor-drenaj şəbəkəsinin uzunluğu 330 km, hidrotexniki qurğuların sayı 8003, nasos stansiyalarının sayı 88, subartezian quyuların sayı 1429 ədəd olub.<br>Azərbaycanda 125 800 ha suvarılan torpaq sahəsi işğal altında qalmışdı.<br>Qələbədən sonra işğaldan azad edilən ərazilərimizdəki su təsərrüfatı və meliorasiya obyektlərinin sayının daha dəqiq müəyyən edilməsi üçün xüsusi komissiyalar yaradılacaq.
- Baxış: 120