KepezTV Player
ABŞ-ın Florida ştatının Mayami şəhərinin mərkəzi yollarında Azərbaycan bayrağının və Qarabağ atlarının təsvir olunduğu, “Karabakh is Azerbaijan” - Qarabağ Azərbaycandır şüarının yazıldığı lövhələr quraşdırılıb. Nəhəng lövhələrin dizaynı ABŞ-da və Bakıda yaşayan həmyerlilərimizə məxsusdur. Lövhələrin quraşdırıldığı yollar ermənilərin sıx yaşadığı ərazilərdir. Bannerlər Beynəlxalq hava limanının önündə, eyni zamanda ABŞ-n bütün şəhər və ştatlarına gedən yolları birləşdirən mərkəzi yollarda qoyulub. Məlumata görə Amerikanın bir çox ştatlarında və böyük şəhərlərində mərkəzi yolların və körpülərin üzərində “Qarabağ Azərbaycandır!" bannerləri nümayiş etdiriləcək.
- Baxış: 120