Avstriyanın paytaxtı Vyanada terror hücumu zamanı ölənlərin sayı 5-ə çatıb. Onlardan biri silahlı hücumun iştirakçılarından olub. Hadisə nəticəsində 24 nəfər yaralanıb. Onlardan altısının vəziyyəti ağırdır. Yerli polis hadisə ilə bağlı şübhəli qismində 14 şəxsi saxlayıb. Ölkədə 3 günlük matəm elan edilib. Avstriya höküməti yenə terror təhlükəsinin real olduğunu bildirərək vətəndaşları imkan daxilində evdən çölə çıxmamağa çağırıb, məktəblərdə dərslər dayandırılıb. Hadisə ilə əlaqədar Azərbaycanın Avstriyadakı səfirliyi də soydaşlarımıza müraciət edib. Vyanada yaşayan Azərbaycan vətəndaşlarına təhlükəsizliyin təminatı üçün evdə qalmaq və olduqları yeri tərk etməmək mütləq şəkildə tövsiyə olunub. Köməyə ehtiyacı olan şəxslərin səfirliyin müvafiq telefon nömrələrinə zəng etmələri tövsiyə olunub.
- Baxış: 109