• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1113
— 03.11.2020 18:47

ABŞ-da prezident seçkiləri başlayıb

KepezTV Player

Bu gün ABŞ-da prezident seçkiləri keçirilir. İlk olaraq ölkənin şərq ştatlarında yerləşən seçki məntəqələri qapılarını vətəndaşların üzünə açıb. Səsvermə prosesi regiondan asılı olaraq 12-14 saat davam edəcək. Ən uzunmüddətli səsvermə Nyu-York ştatında keçiriləcək. Burada seçicilər 15 saat ərzində səs verə biləcək. Builki prezident seçkilərində Respublikaçılar partiyasından hazırki prezident Donald Tramp, Demokratlar partiyasından isə Co Bayden mübarizə aparır. Seçkilərin ilkin nəticələri Bakı vaxtilə səhər saatlarında məlum olacaq. Bu arada seçkidən sonra baş verə biləcək mümkün iğtişaşların qarşısının alınması məqsədilə Vaşinqton polisi gücləndirilmiş iş rejiminə keçib.Federal hakimiyyət orqanları isə Ağ Ev ərazisindəki təhlükəsizlik tədbirlərini gücləndiriblər.