• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1650
— 03.11.2020 22:19

Tibbi maskdan istifadə etməyənlər cəzalandırılır

KepezTV Player

Gəncədə COVID-19 infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə profilaktik tədbirlər davam etdirilir. Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşlarından təşkil olunan mobil qruplar vasitəsi ilə yoxlamalar keçirilir, sakinlərlə profilakrik söhbətlər aparılır. Xəbərdarlıqlardan nəticə çıxarmayan şəxslərə inzibati protokol tərtib olunub.

Polis əməkdaşları tərəfindən satıcı və alıcılara tibbi maskalardan istifadənin, sosial məsafənin gözlənilməsinin, obyektin dezinfeksiyaedici vasitələrlə təmin olunmasının zəruriliyi xatırladılır. Reydlər zamanı mağazalara maskasız daxil olan və bu hala nəzarət etməyən obyekt əməkdaşları qanunvericiliyə uyğun şəkildə cəzalandırılır.

Tədbir zamanı polislər obyekt sahiblərinə sanitar-karantin qaydalarına ciddi əməl etməklə fəaliyyət göstərməyin vacibliyini çatdırıblar. Reydlərdə sosial məsafəni gözləməyən, tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə etməyən, dəfələrlə edilən xəbərdarlıqlardan nəticə çıxarmayan şəxslər inzibati məsuliyyətə cəlb olunublar.

Gəncədə karantin qaydlarına əməl olunmasını təmin etmək məqsədi ilə polis əməkdaşları tərəfindən nəzarət mütəmadi şəkildə davam etdirilir.