Nazirlər Kabineti tərəfindən "Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən təhsil müəssisələrinin fəaliyyətinin təşkilinə dair əlavə tədbirlər barədə" Qərar qəbul edilib. Təhsil Nazirliyindən verilən məlumata görə, qərara əsasən noyabrın 2-dən ölkədə fəaliyyət göstərən bütün təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin distant formada, yəni məsafədən təşkili təmin edilməlidir.Dəyişikliyə əsasən, 1 dekabra qədər sanitar-epidemioloji vəziyyətlə bağlı baş dövlət sanitariya həkiminin və ya Səhiyyə Nazirliyinin gigiyena və epidemiologiya mərkəzlərinin müvafiq rəyləri əsasında Təhsil Nazirliyi ayrı-ayrı inzibati ərazi vahidlərində fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin əyani formada aparılmasının bərpası və ya dayandırılması barədə qərar qəbul edə biləcək. Bu Qərarla bağlı sabah təşkil ediləcək brifinqdə daha ətraflı məlumat veriləcək.
- Baxış: 116