“Ermənistan bundan sonra da Qafqazın bədənində yad cisim kimi qalmamalıdır. Ermənistan buraya onsuz da hamıdan sonra gəlib və erməni dövləti onlara tarixən heç vaxt məxsus olmadıqları torpaqlarda süni şəkildə yaradılıb”. Bunu Prezident İlham Əliyev Rusiyanın İnterfaks agentliyinə müsahibəsində deyib. Dövlət başçısının sözlərinə görə, Ermənistan başa düşməlidir ki, o, artıq yolun kənarındadır. Artıq ondan ötrü heç kim vuruşmayacaq. Əgər bizimlə qarşıdurmaya davam edərsə, əgər bundan sonra da Türkiyəyə ərazi iddiaları irəli sürərsə, başa düşməlidir ki, bizim qarşımızda necə dura bilər. Prezident İlham Əliyev “Ermənistanın nə qədər xoşuna gəlməsə də, Türkiyə artıq nizamlamaya cəlb olunub” deyib.
“Bizi Pakistan, Türkiyə Prezidenti, Pakistanın Baş Naziri açıq dəstəkləyirlər. Onlar dəfələrlə bizi dəstəklədiklərini ifadə ediblər”. deyən Prezident İlham Əliyev vurğulayıb ki, bizi çox ölkələr dəstəkləyir. Lakin biz dünya birliyi dedikdə, nə üçünsə həmişə Qərb dünyası başa düşülür. Bax, oradan biz həmrəylik gözləmirdik və gözləmirik". Dağlıq Qarabağda referendum keçirilməsinə gəlincə, dövlət başçısı qeyd edib ki, biz Azərbaycan ərazisində ikinci erməni dövlətinin yaradılmasına imkan verməyəcəyik. Əgər kimsə ermənilər üçün ikinci dövlət yaratmaq istəyirsə, qoy, öz ərazisinin bir hissəsində yaratsın. İlham Əliyev Ermənistanın qondarma Dağlıq Qarabağ Respublikasını tanıyacaqlarına dair hədələri ilə bağlı suala belə cavab verib.
- Baxış: 124