KepezTV Player
Azad edilmiş şəhər və kəndlərimizin videogörüntülərindən hər kəs görə bilər ki, vəhşi düşmən şəhər və kəndlərimizi nə günə qoyub. Bir dənə də salamat bina qalmayıb, bütün binalar, evlər, inzibati binalar, sosial obyektlər, tarixi-dini abidələrimiz mənfur düşmən tərəfindən dağıdılıb. Prezident, Ali Baş Komandan İlham Əliyev Müdafiə Nazirliyinin Mərkəzi Komanda Məntəqəsində keçirilən operativ müşavirədə belə deyib. Dövlət başçısı işğaldan azad edilmiş bütün bölgələrdə təftiş işlərinin aparılması, bütün dağıntıların qeydə alınması, aktlar tərtib edilməsi və vətəndaşlarımızın dağıdılmış əmlakının uçota alınması barədə tapşırıq verib. Vurğulayıb ki, Ermənistan dövləti bu cinayətlərə görə məsuliyyət daşıyır və cavab verəcək.
- Baxış: 139