Gəncədə erməni terroru nəticəsində həlak olan 13 yaşlı Artur Mayakov ilə vida mərasimi keçirilib. Mərasimdə şəhər rəhbərliyi, rus icmasının nümayəndələri, şəhər sakinləri, Artur Mayakovun müəllimləri iştirak ediblər. Aleksandr Nevski kilsəsində 13 yaşlı Arturla yanaşı, Ermənistan ordusunun Gəncədə törətdiyi terrorun qurbanlarına dualar oxunubr, xatirələri anılıb.
Varfolomey Sotnikov Aleksandr Nevski kilsəsinin keşişi:"Gücdən düşmüş ordunun hökumətin əmri ilə dinc sakinlərə hücum etməsi hərbi cinayətdir. Pravoslavlar qətl və dinc sakinlərin öldürülməsini dəstəkləmir. Bu gün biz Artur üçün dualar etdik. 13 yaşlı günahsız bir oğlan terrorçuların əli ilə öldürüldü. Bizim bu qəhrəmana borcumuz var. İşğalçılar dünyaya biz xristianıq deyə hayqrırırlar, amma xristianlığın birinci hökmündə Sev yazılır. Biz öldürmək sözünü, insanları qətlə yetirməyi və zorakılığı dəstəkləmirik. Ermənilərə müraciət edirəm ki, onlar qəsdən müharibəni alovlandırırlar. İddia edirlər ki, müsəlmanlar xristianlara qarşı mübarizə aparır. Əslində isə biz öz torpağımızda vuruşuruq. Azərbaycan xalqına arzum budur ki, tezliklə qələbə qazanaq, torpaqlarımızı işğaldan azad edək. Vətənimizdə sülh və çiçəklənmə bərqərar olsun".
- Baxış: 158